#Köhnə Şəhər

İsrailin giriş məhdudiyyətlərini və gücləndirilmiş təhlükəsizlik tədbirlərini tətbiq etməsinə baxmayaraq, təxminən 60 min fələstinli Qüdsdə yerləşən Əl-Əqsa məscidində cümə namazını qılıb. İslam Vəqf İdarəsinin məlumatına görə, səhər saatlarından etibarən minlərlə insan məscid kompleksinə axın edib. İsrail qüvvələri isə Köhnə Şəhər və məscid ətrafında əlavə yoxlama məntəqələri quraraq nəzarəti artırıb. Son illərdə dəfələrlə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, fələstinlilər Əl-Əqsa məscidində ibadət və dini mövcudluğun qorunmasının vacibliyini vurğulayırlar.

İsrailli millətçi qruplar işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərinin dar küçələrində yürüş keçirərək “Ərəblərə ölüm” və “Kəndləriniz yansın” kimi şüarlar səsləndiriblər. Son illərdə yürüşlər ifrat sağçı qrupların təxribat xarakterli şüarları, fələstinlilərə və jurnalistlərə qarşı hücumlar səbəbindən dəfələrlə zorakılıq halları ilə müşayiət olunub.