"Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
#BöyükQayıdış
Prezident İlham Əliyev bildirib ki, Cəbrayıl gələcəkdə həm kənd təsərrüfatı, həm də beynəlxalq nəqliyyat baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyacaq. Dövlət başçısı regionda həyata keçirilən yenidənqurma, enerji və sənaye layihələrinin məşğulluğun artırılmasına və Qarabağın inkişafına böyük töhfə verəcəyini vurğulayıb.