ABŞ rəsmiləri Qəzza ilə bağlı planın həyata keçirilməsi üçün əsas şərtin HƏMAS-ın silahsızlaşdırılması olduğunu bəyan edib. Marko Rubio bildirib ki, son günlər HƏMAS-ın silahsızlanması istiqamətində “ümidverici işarələr” müşahidə olunur və tərəflər razılaşmaya yaxınlaşa bilər.