Zaur bəy Daqirov Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 istedadlı gəncdən biridir. O, həm də Dağıstan mədəniyyət tarixində ilk opera müğənnisi kimi tanınır. Səhnədə Zaur Daqir təxəllüsü ilə çıxış edərək dramatik tenor səsi ilə şöhrət qazanmışdır.