Türk müdafiə sənayesi aviasiya sahəsində növbəti böyük uğuruna imza ataraq, milli reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracını rəsmiləşdirib. Türk Havacılıq və Uzay Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan Türkiyənin ilk milli reaktiv təyyarəsinin İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə dair rəsmi müqavilə Madriddəki Airbus müəssisələrində keçirilən mərasimlə imzalanıb.