Mayın 2-də Lənkəran şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
#dayanıqlı şəhər inkişafı layihələri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.