#MKİ-nin ən böyük kəşfiyyat uğursuzluqları

1961-ci ilin 17 aprel tarixində dünya siyasətinin axınını dəyişən və tarixin ən səs-küylü hərbi uğursuzluqlarından biri hesab olunan "Donuzlar körfəzi" əməliyyatı başlayıb. 1959-cu ildə Kubada Fulxensio Batistanın devrilməsi və Fidel Kastronun hakimiyyətə gəlişi ilə ABŞ-Kuba münasibətləri gərginləşməyə başladı. Kastronun ölkədəki neft emalı zavodlarını, bankları və şəkər plantasiyalarını milliləşdirməsi Vaşinqtonun sərt reaksiyasına səbəb oldu. Xüsusilə ABŞ-a məxsus "Esso" və "Shell" kimi nəhəng şirkətlərin aktivlərinin müsadirə edilməsi, Ağ Evi Kastronu devirmək üçün gizli planlar hazırlamağa sövq etdi.