Tarixdə bu gün Bu gün ABŞ rəsmi olaraq Birinci Dünya müharibəsinə daxil oldu 1917-ci ilin 6 aprel tarixində ABŞ Almaniyaya müharibə elan edərək rəsmi şəkildə Birinci Dünya müharibəsinə qoşulub. Bu qərar dünya tarixinin gedişatını dəyişən əsas hadisələrdən biri hesab olunur.