Osmanlı dövlətinin daxili işlərini qaydaya salması və davamlı fəth strategiyası sayəsində türklər Balkanlarda irəliləməkdə ciddi çətinlik çəkmədilər. XIV əsrin son rübündə Balkanlar siyasi cəhətdən bütöv deyildi və bir neçə kiçik feodal dövlətə parçalanmışdı. Bu dövlətlər arasındakı rəqabət və çəkişmələr onların Osmanlıya qarşı birgə müqavimət göstərməsinə mane olur, bu da türk hökmranlığının yayılmasını sürətləndirirdi.