Bakı Metropoliteni QSC mart ayı ərzində 18 milyondan çox sərnişinə xidmət göstərib. Bayram günlərində isə mərkəz istiqamətində sərnişin axınında kəskin artım müşahidə olunub. 21–22 mart tarixlərində Sahil metro stansiyası ən çox istifadə edilən stansiya olub və gündəlik orta göstəricidən 51 faiz daha çox sərnişin qəbul edib.