Sudanın Mavi Nil regionunda hərbi əməliyyatların coğrafiyasının genişlənməsi ağır humanitar böhrana səbəb olub. Strateji əhəmiyyətli Kərmək şəhərinin "Çevik Dəstək Qüvvələri" (RSF) və onlara dəstək verən "Xalq Azadlıq Hərəkatı-Şimal" tərəfindən ələ keçirilməsindən sonra minlərlə insan Dəmazin şəhərinə sığınıb.