#Tarix təkrar olunur: ABŞ-ın İraqdakı səhvini İsrail də təkrarlayacaq?

Yaxın Şərqdə davam edən genişmiqyaslı gərginlik fonunda ən çox müzakirə olunan suallardan biri İsrailin regionda mütləq hegemonluq qurmaq imkanıdır. Ekspertlərin fikrincə İsrailin hərbi və texnoloji üstünlüyü onu "məhv etmək" iqtidarında etsə də, bu, heç də regiona "nəzarət etmək" mənasına gəlmir. Regionun gələcəyi şahmat taxtasındakı fiqurlarla deyil, milyonlarla insanın iradəsi ilə formalaşacaq.