#ABŞ tarixində görünməmiş fəlakət: 9.2 ballıq zəlzələ Alaskanı yerlə-yeksan etdi.

ABŞ-ın Alyaska ştatının cənubunda Rixter şkalası üzrə 9.2 bal gücündə qeydə alınan və ölkə tarixinin ən güclü zəlzələsi kimi yadda qalan fəlakət nəticəsində azı 131 nəfər həlak olub, minlərlə insan yaralanıb. Episentri Prins-Uilyam boğazından təxminən 12 mil şimalda yerləşən bu nəhəng yeraltı təkanlar təkcə Alyaskada deyil, Kanada və digər beynəlxalq ərazilərdə, ümumilikdə 300 min kvadrat mil sahədə hiss edilib.