#Regional mübahisələrin həlli platforması: Ərəb Dövlətləri Liqası 81 yaşında

Təşkilatın əsasını Misir, Suriya, Livan, Transiordaniya (hazırkı İordaniya), Səudiyyə Ərəbistanı, İraq və Yəmən qoyub. Regionda iqtisadi artımı stimullaşdırmaq, üzv dövlətlər arasındakı mübahisələri həll etmək və siyasi hədəfləri koordinasiya etmək məqsədilə yaradılan Liqa, hər bir dövlətin bir səs hüququna malik olduğu xüsusi şura formatında fəaliyyətə başlayıb.