#ABŞ ordusu və Bəhreyn hökuməti martın 9-da baş vermiş hücum barədə fərqli danışır

Bəhreyn hökumətinin sözçüsü martın 9-da paytaxt Manamada baş vermiş insidentlə bağlı yeni təfərrüatları açıqlayıb. Rəsmi bəyanata görə, "Patriot" hava hücumundan müdafiə sistemi yaşayış məntəqəsi üzərində İranın pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Bu açıqlama ABŞ ordusunun (CENTCOM) həmin gün verdiyi məlumatla ciddi şəkildə fərqlənir. Martın 9-da CENTCOM sosial media hesabında Rusiya və İran mediasının "Patriot" raketinin hədəfdən yayındığı barədə xəbərlərini "yalan" adlandırmışdı. ABŞ tərəfi o vaxt bəyan etmişdi ki, əslində İran PUA-sı birbaşa yaşayış binasına çırpılıb və nəticədə aralarında uşaqlar da olmaqla 32 mülki şəxs yaralanıb.