#Nətənz hücumundan sonra Mossad-dan kritik müraciət: Bizimlə danışınİsrail kəşfiyyatı İranın nüvə sirlərini ələ keçirmək üçün təhlükəsiz kanal açdı

İsrailin xarici kəşfiyyat xidməti "Mossad" rəsmi Tehranın nüvə proqramı ilə bağlı məlumat əldə etmək məqsədilə İran vətəndaşlarına müraciət edərək, onları casusluğa çağırıb. Kəşfiyyat xidmətinin fars dilində fəaliyyət göstərən rəsmi "Telegram" kanalı vasitəsilə yayılan müraciətdə "Nüvə sənayesi sahəsində hər hansı məlumata çıxışınız varsa, bizimlə əlaqə saxlayın" ifadəsi işlədilib. "Mossad" məlumat sızdıran şəxslərin gələcəyinin "təhlükəsizlikdə olacağını" vəd edərək, iranlıları xüsusi qorunan rabitə kanalları vasitəsilə kəşfiyyatla əməkdaşlığa dəvət edib.