#Raket zərbələri beynəlxalq sularda reallaşıb: ŞKTC və Türkiyə suları təhlükəsizdir

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan "Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ərazi sularından çoxsaylı raket fırlatılıb" iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb. Rəsmi qurum bəzi sosial şəbəkə hesablarında paylaşılan görüntülərin manipulyasiya xarakterli olduğunu bəyan edib. Mərkəzin yaydığı məlumatda qeyd olunur ki, nə Türkiyə, nə də ŞKTC-nin ərazi sularında hər hansı raket atışı qeydə alınmayıb.