#Britaniya ABŞ bombardmançılarına öz hərbi bazalarından istifadə icazəsi verib

Böyük Britaniya rəhbərliyi İran hərbi qüvvələrinin Hind okeanında yerləşən Dieqo-Qarsiya aviabazasına raket zərbələri endirmək cəhdini "təhlükəli və məsuliyyətsiz addım" adlandıraraq kəskin şəkildə pisləyib. London ABŞ və Böyük Britaniyanın müştərək istifadəsində olan strateji bazaya yönəlmiş bu hücumun uğursuzluqla nəticələndiyini bəyan edib. Britaniya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatda qeyd olunur ki, İranın regionda gərginliyi artırması və Hörmüz boğazını "girov saxlaması" Britaniyanın maraqları, eləcə də müttəfiqləri üçün ciddi təhdid formalaşdırır.