#AzerVoice: Avropada qazın qiyməti 60% artdı - Enerji anbarları boşalır

Avropa iqtisadiyyatı uzunmüddətli durğunluqdan sonra böyümə planları qurarkən, Yaxın Şərqdə alovlanan yeni müharibə bütün hesablamaları alt-üst edib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Avropa üçün "enerji şoku"na çevrilərək regionu dərin böhranla üz-üzə qoyub. Yaxın Şərqdəki münaqişə Avropa iqtisadiyyatının ən zəif nöqtəsini — dəniz marşrutlarından enerji asılılığını ifşa edib. Hörmüz boğazının faktiki blokadası nəticəsində Avropanın qaz etalonu sayılan Dutch TTF qiymətləri bir neçə gün ərzində 60%-dən çox artaraq bir meqavat-saat üçün 50 avro həddini keçib.