#AzerVoice: BƏƏ-yə 1740 dron hücumu - Yaralılar arasında Türkiyə vətəndaşları var

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan regional turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə bir araya gəlib. Diplomatik mənbələr görüşün əsas mövzusunun regionda genişlənən müharibə və İranın Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə qarşı həyata keçirdiyi cavab zərbələri olduğunu bildiriblər.