#Açıq müharibədə fasilə: Pakistan və Əfqanıstan bayramda silahları susdurur

Pakistan və Əfqanıstan hökumətləri Ramazan bayramı münasibətilə hərbi əməliyyatları müvəqqəti dayandırmaq barədə razılığa gəliblər. Pakistanın informasiya naziri Ataullah Tarar "X" platformasında hərbi əməliyyatların çərşənbə günü gecə yarısından etibarən gələn bazar ertəsinə qədər dondurulduğunu elan edib. Əfqanıstan tərəfi də atəşkəs qərarını təsdiqləyib. "Taliban" hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, bu addım Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi dost islam ölkələrinin xahişi ilə atılıb. Lakin o, həmçinin xəbərdarlıq edib ki, Kabil istənilən təcavüzə qətiyyətlə cavab verəcək.