Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ərəb ölkəsi Ramazan ayının başa çatdığını və Fitr bayramının martın 20-si, cümə günü başlayacağını rəsmi şəkildə elan ediblər. Ayın hilalının müşahidə edilməsi nəticəsində martın 19-u, cümə axşamı gününün Ramazan ayının son günü (mütəmmim) olduğu təsdiqlənib.