#AzerVoice: Referans Sea Breeze Hospital yaxın günlərdə açılır

18 mart tarixində Grand Hall-da Sea Breeze və ölkənin aparıcı səhiyyə operatorlarından biri olan Referans Medical Group arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tərəfdaşlıq Sea Breeze şəhər-kurortu ekosistemi çərçivəsində kompleks tibbi xidmət sisteminin formalaşdırılmasına və rezidentlər üçün əlavə üstünlüklərin yaradılmasına yönəlib. Referans Sea Breeze Hospital-ın açılışı yaxın zamanda gözlənilir.