#Müharibədə itki verməyən tək ölkə: Lixtenşteynin 150 illik ordusuzluq sirri

Lixtenşteynin dövlət kimi formalaşması Səlib yürüşlərinə qədər uzanır. Cəmi 7 əsgərlə yürüşə qatılan Lixtenşteyn sülaləsi Müqəddəs Roma-German İmparatoru tərəfindən knyazlıqla mükafatlandırılıb. Lakin ölkənin ən məşhur hərbi hadisəsi 1866-cı ildə, 80 nəfərlik "ordu" ilə Avstriyanın yanında müharibəyə qatılmasıdır. Prussiyalılarla döyüşmək istəməyən Lixtenşteyn əsgərləri İtaliya sərhədindəki bir keçidi qorumaqla vəzifələndiriliblər.