#Quba iş adamları

Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının təşkilatçılığı ilə paytaxt Bakıda ziyalılar və sahibkarların iştirakı ilə iftar mərasimi təşkil olunub. Tədbirdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, platformanın üzvləri və 100-ə yaxın dəvətli qonaq iştirak edərək regionun iqtisadi gələcəyini müzakirə ediblər.