#14 mart – böyük fizik Albert Eynşteynin doğum günü

Albert Eynşteyn 1879-cu ilin 14 mart tarixində Almaniyanın Ulm şəhərində yəhudi əsilli elektrik mühəndisinin ailəsində dünyaya gəlib. Onun xüsusi və ümumi nisbilik nəzəriyyələri kainatın quruluşu haqqında insan təsəvvürlərini köklü şəkildə dəyişdirib, enerji və maddə nəzəriyyəsi isə kvant mexanikasının inkişafına və sonradan atom enerjisinin tətbiqinə mühüm təsir göstərib.