ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) prioritet sektorlara uyğun layihələri müəyyənləşdirmək məqsədilə Cənubi Qafqazda əsas maraqlı tərəflərlə təmasdadır. Qeyd edək ki, DFC ABŞ hökumətinin beynəlxalq investisiya qurumudur və dünya üzrə strateji layihələrə kapitalın cəlb edilməsi üçün özəl sektorla əməkdaşlıq edir. Korporasiyada bildirilib ki, onlar Cənubi Qafqazda özəl sektorun rəhbərlik etdiyi sülh gündəliyinin həyata keçirilməsinə, Orta Dəhliz məqsədlərinə nail olunmasına və Amerika şirkətləri üçün imkanların yaradılmasına töhfə verən layihələri dəstəkləmək üçün bütün mövcud alətlərdən istifadə etməyə hazırdırlar.