#Trampdan İran rəhbərliyi barədə yeni iddia

ABŞ prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında Tehranın regiondakı fəaliyyətini sərt tənqid edib. Donald Tramp İranın son hücumlarının regionda gərginliyi kəskinləşdirdiyini qeyd edib və Tehranın hadisələrlə birbaşa əlaqəsi olmayan ölkələri hədəf aldığını bildirib. Onun sözlərinə görə, İranın həyata keçirdiyi hücumlar zamanı əsasən mülki obyektlər və yaşayış məntəqələri zərər görür.