#Vaşinqton və Madrid arasında hərbi mübahisə

Ağ Ev bildirib ki, İspaniya ABŞ ordusu ilə əməkdaşlığa razılıq verib, lakin Madrid bu iddianı qəti şəkildə təkzib edib. Ağ Evin sözçüsü Karolin Livitt ABŞ Prezidenti Donald Trampın İspaniyaya ünvanladığı mesajdan sonra Madridin Vaşinqtonla hərbi əməkdaşlığa razılıq verdiyini iddia edib. Livitt açıqlamasında qeyd edib ki, İspaniya Trampın mesajını “açıq və aydın şəkildə eşidib” və ABŞ ordusu ilə əməkdaşlıq etməyi qəbul edib.