Tehran və Ər-Riyad regional təhlükəsizliyin təmin edilməsi və hərbi gərginlikdən qaçınmaq məsələsində vahid mövqedən çıxış edirlər. İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza Enayati "Asharq Al-Awsat" nəşrinə müsahibəsində bildirib ki, rəsmi Tehran nüvə proqramı ətrafında ABŞ ilə apardığı danışıqlar barədə Körfəz ölkələrini, xüsusilə Səudiyyə Ərəbistanını mütəmadi məlumatlandırır. Səfir qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian və Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman regionda sülhün qorunmasının vacibliyini xüsusi vurğulayıblar.