ABŞ Senatında keçirilən son səsvermə zamanı Demokratlar Partiyasının üzvləri İsrailə hərbi texnika və sursat tədarükünə qarşı genişmiqyaslı etiraz nümayiş etdiriblər. "Axios" saytının müxbirinin verdiyi məlumata görə, səsvermənin nəticələri partiya daxilində İsrailin hərbi əməliyyatlarına qarşı artan narazılığı ortaya qoyub.
#Axiosun iddiası: Vaşinqton və Tehran arasında böyük müharibə riski heç vaxt bu qədər yaxın olmayıb
ABŞ-ın milli təhlükəsizlik sahəsindəki yüksək rütbəli rəsmiləri Prezident Donald Trampa ordunun gələn şənbə günündən etibarən İrana qarşı mümkün zərbələr endirməyə tam hazır olduğu barədə məlumat veriblər. "CBS News" telekanalına danışan məlumatlı mənbələrin bildirdiyinə görə, hər hansı bir hərbi hərəkətliliyin qrafiki həftə sonundan sonrakı dövrü də əhatə edə bilər.