Misofobiya – mikroblardan, kirdən, bakteriyalardan və yoluxmadan duyulan hədsiz, irrasional və idarəolunmaz qorxudur. Bu termin yunan dilindəki "mysos" (çirk, murdarlıq) və "phobos" (qorxu) sözlərinin birləşməsindən yaranmışdır. Bu fobiyadan əziyyət çəkən insanlar hər hansı bir əşyaya toxunmağın və ya insanlarla təmasda olmağın onları ölümcül xəstəliyə yoluxduracağına inanırlar.