Bakıda liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə həbs edilib. Binəqədi Rayon Məhkəməsindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Ə. Ş. barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
#İdrak liseyi
Dünən biz bir faciə yaşadıq. Bu, təkcə bir cinayət hadisəsi deyil, cəmiyyət, təhsil və gələcəyimiz üçün həyəcan siqnalıdır. 10-cu sinif şagirdinin müəllimini güllələməsi hər birimizi sarsıdan, susmağa imkan verməyən bir faktdır. Bu hadisə bizi nəticə ilə yox, səbəblərlə üz-üzə qoyur. Çünki bu cür faciələr bir günün, bir anın işi deyil.
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.