Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ("The Abrahamic Family House") ziyarət edib. Parisdəki məşhur Luvr muzeyinin ilk xarici filialı olan Luvr Əbu-Dabi Saadiyat adasında yerləşir. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey 2017-ci ilin noyabrında ziyarətçilərə açılıb.