#İsrail Qəzzada ölənlərin sayı ilə bağlı iddiaları təkzib etdi

İsrail ordusu Qəzzada müharibə zamanı ölənlərin sayına dair Fələstin Səhiyyə Nazirliyinin açıqladığı rəqəmləri qəbul etmədiyini bildirib. İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Nadav Şoşani sosial şəbəkədə yaydığı açıqlamada İsrail mediasında dərc olunan məlumatların rəsmi hərbi statistikanı əks etdirmədiyini vurğulayıb. Şoşani qeyd edib ki, Qəzza müharibəsi ilə bağlı istənilən rəsmi məlumat yalnız səlahiyyətli qurumlar tərəfindən və rəsmi kanallar vasitəsilə açıqlanacaq.