İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın son hərbi əməliyyatlarını tənqid edərək Vaşinqtonun diplomatik həll əvəzinə hərbi addımlara üstünlük verdiyini bildirib. O, İranın raket potensialının qorunduğunu vurğulayıb və regionda gərginliyin artdığı bir vaxtda ABŞ-ın Tehranın cavabını gözlədiyini qeyd edib.
#İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi
Ceyhun Bayramovla Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.