#TÜPRAŞ İzmit rafinerisində fövqəladə hadisə

Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən TÜPRAŞ-ın İzmit neft emalı zavodunda partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayış zavod ərazisində yerləşən benzin çənlərindən birində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili müdaxilə briqadaları cəlb olunub. Məsələ ilə bağlı aparılan ilkin araşdırmalara görə, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə ərazi nəzarətə götürülüb, mütəxəssislər tərəfindən texniki baxış və qiymətləndirmə işləri davam etdirilir.