#Türkiyədə Ermənistanla bağlı yayılan məlumatlar əsassız sayıldı

Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan iddialarla bağlı rəsmi açıqlama yayılıb. Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan, Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı ayrılması barədə fərman imzaladığına dair məlumatların tamamilə əsassız olduğunu bəyan edib.