#Qəzza üçün 25 milyard dollarlıq yeni plan açıqlandı

ABŞ Prezidentinin müşaviri Cared Kuşner Qəzzanın müharibədən sonrakı bərpasını nəzərdə tutan “Yeni Qəzza” adlı genişmiqyaslı planını Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasına təqdim edib. Kuşnerin təqdim etdiyi plan dörd mərhələdən ibarətdir və 2035-ci ilə qədər Qəzzaya 25 milyard dollardan artıq investisiya cəlb olunmasını nəzərdə tutur. Onun sözlərinə görə, yaxın həftələrdə Vaşinqtonda beynəlxalq donor konfransı keçiriləcək və burada müxtəlif ölkələrin Qəzzanın bərpasına töhfələri elan olunacaq.