Tarixin elə səhifələri var ki, orada adlar deyil, əməllər danışır. İslam dünyasının qürur mənbəyi, ədalətin qılıncı və mərhəmətin simvolu olan Səlahəddin Əyyubi məhz belə bir qəhrəmandır. O, təkcə bir imperiyanın qurucusu deyil, həm də sönməkdə olan İslam birliyini yenidən alovlandıran ilahi bir iradənin təmsilçisidir.
#Qüdsün Fatehinin dastanı: Şərqin yenilməz aslanı Səlahəddin Əyyubi
İslam yaddaşında Ramazan ayının 23-ü mühüm dönüş nöqtələrindən biri hesab olunur. Bu tarixdə Hicazda mütəşəkkil bütpərəstliyin son rəmzləri devrilib, Qədim Şərqin ən böyük imperiyalarından birinin kitabı bağlanıb. Eyni zamanda, bu tarix əsrlər boyu İslam dünyasının simasını formalaşdıran dövlətlərin doğuşuna və paytaxtların təməlinin qoyulmasına şahidlik edib.