#Cinlər düyü yeyirmi? Klassik mənbələrdə qəribə rəvayətlər

İslam mənbələrində cinlərin gündəlik həyatla, xüsusilə də yemək adabı ilə əlaqəsinə dair maraqlı rəvayətlər yer alır. Qurani-Kərimdə Uca Allahın şeytana xitabən buyurduğu “Onların mallarında və övladlarında onlara şərik ol” ifadəsi, bəzi hədislərlə birlikdə bu mövzuya izah gətirir. Rəsulullahın (s.a.v.) səhabələrindən biri bir hadisəni belə nəql edib: Bir nəfər yeməyə Allahın adını çəkmədən başlayır. Son tikəsini yeyərkən isə “Bismillahi əvvələhü və axirəhü” deyir. Bu zaman Peyğəmbər (s.a.v.) təbəssümlə bildirir ki, həmin şəxs yeməyi əvvəlcə şeytanla birlikdə yeyib, lakin Allahın adını zikr etdikdən sonra şeytan qarnındakıları qusub çıxarıb. Bu rəvayət Əbu Davud tərəfindən nəql olunub.