Livanın Akkar vilayətinin türkmanlar yaşayan Kavaşra kəndindəki Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
#20 Yanvar faciəsi
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq gənclər arasında tarixi yaddaşın qorunması və milli şüurun gücləndirilməsi məqsədilə “Şahidlər danışır” adlı görüş təşkil olunub. Görüşdə 20 Yanvar faciəsinin canlı şahidləri – Əməkdar jurnalist, İTV Yayım Şurasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, şəhid Ələsgər Qayıbovun yaxınları Qayıbova Sərmayə və Murğuzov Salman iştirak ediblər.
Azərbaycan XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin."
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür. İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.
Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin qəhrəmanlıq salnaməsini təşkil edən 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
“əl-Cəzirə” qəzetində 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilib