#İran internet məhdudiyyətləri

İran hakimiyyəti ölkə daxilində internetə çıxışla bağlı tətbiq edilən məhdudiyyətləri yaxın günlərdə tam aradan qaldırmağı planlaşdırır. Diplomatın sözlərinə görə, Tehran internetin uzunmüddətli şəkildə söndürülməsində maraqlı deyil, çünki bu, ölkə iqtisadiyyatının normal fəaliyyətinə ciddi maneələr yaradır. O qeyd edib ki, artıq internetin bir çox seqmentləri yenidən ictimaiyyət üçün əlçatan olub.

İranda iqtisadi problemlərə etiraz olaraq başlayan aksiyalar fonunda 8 yanvar tarixində baş verən zorakılıq hadisələrindən sonra tətbiq edilən internet və rabitə məhdudiyyətlərinin mərhələli şəkildə ləğv olunacağı bildirilib. Rəsmilər qeyd ediblər ki, internetə tətbiq edilən məhdudiyyətlər xaricdəki müxalif şəbəkələrin ölkə daxilindəki əlaqələrini ciddi şəkildə zəiflədib. Bu isə hadisələrin nəzarət altına alınmasında və terror hüceyrələrinin mümkün fəaliyyətlərinin qarşısının alınmasında mühüm rol oynayıb.