#Müasir alış-verişin əsasını qoyan ştrix-kod

1974-cü ildə ABŞ-da ilk dəfə olaraq mağazada bir məhsul “ştrix-kod” vasitəsilə skan edilib və bu hadisə qlobal ticarət tarixində dönüş nöqtəsi olub. Ohayo ştatının Troy şəhərində yerləşən “Marsh” supermarketində kassir Wrigley’s Juicy Fruit saqqızını Universal Məhsul Kodu ilə oxuyaraq tarixdə ilk elektron satış əməliyyatını həyata keçirib. Daha sonra “ştrix-kod” adı ilə tanınan bu sistem qısa müddətdə dünya miqyasında yayılaraq ticarət, logistika, səhiyyə və sənaye sahələrində geniş istifadə olunmağa başlayıb.