Fəxrəddin Əbu Muhəmməd Osman əl-Arrani yaşadığı dövrün tanınmış mühəddislərindən biri olmuşdur. O, hicri 615-ci ilin səfər ayında (miladi dekabr 1218-ci il) Xarəzmə səfər etmiş, burada dövrün məşhur alimlərindən olan şeyxüş-şüyux Nəcməddin Əbü’l-Cənnab Ömər əl-Xivəgi Xarəzminin tələbəsi kimi təhsil almışdır.