Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 137,8 min ton həcmdə xam neft və neft məhsulları ixrac olunub.
#Tailand
“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq: 2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam.
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda keçirilən dünya çempionatında yarımfinal oyununa çıxıb. “Filenin sultanları” yarımfinalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə həlledici mərhələyə yüksəlib. Türkiyə millisi finalda Braziliya-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
Malayziya hakimiyyəti, Kamboca ilə Tailand arasında davam edən silahlı münaqişənin həlli üzrə bazar ertəsi baş tutacaq danışıqlarda vasitəçi rolunu üzərinə götürəcək.
Tailand və Kamboca Silahlı Qüvvələri, sərhəd zonasında yağan güclü yağışlar səbəbindən döyüş əməliyyatlarını müvəqqəti dayandırıblar.
Tailand Hərbi Hava Qüvvələri gün ərzində iki dəfə "F-16" və "JAS 39 Gripen" qırıcılarından istifadə edərək Kamboca Silahlı Qüvvələrinin sərhəd bölgələrindəki mövqelərinə hava zərbələri endirib.
Kamboca baş naziri Hun Manet, ölkəsi ilə Tailand arasında baş verən sərhəd toqquşmalarından sonra Malayziya baş naziri Ənvər İbrahimin təklif etdiyi atəşkəsi qəbul etdiklərini açıqlayıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası, Malayziyaya və Tailanda süni intellekt (Sİ) çiplərinin tədarükünü məhdudlaşdırmağı planlaşdırır.