#Qədim tanrıların yenidən doğuluşu

Yeni Əhdi-Cədidə görə, İsa Məsih eramızın təxminən 33-cü ilində Roma hakimiyyəti tərəfindən edam edilib. Mətnlərdə deyilir ki, o, üç gün məzarda qaldıqdan sonra möcüzəvi şəkildə dirilərək şagirdlərinə görünüb və daha sonra səmaya ucalıb. İsanın dirilməsi və ölüm üzərində qələbəsi xristianların hər il Pasxa bayramında qeyd etdikləri əsas hadisədir.