İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya və rüşvət araşdırması çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları gecə saatlarında həyata keçirdikləri basqın zamanı bələdiyyə sədri Muhittin Böcəyin baş müşaviri Cem Oğuz və bələdiyyə əməkdaşı Buse K.-nı evlərində saxlayıblar.
#qaçaqmalçılıqla mübarizə
Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq səviyyədə axtarışda olan və xarici ölkələrə qaçan cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Ədliyyə Nazirliyi rəsmi şəxsləri ilə yanaşı, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Kəşfiyyat, Narkotik, Kiber Cinayətlər, Asayiş və Terrorla Mübarizə bölmələrinin koordinasiyalı fəaliyyəti nəticəsində ümumilikdə 41 fərari saxlanılaraq ölkəyə gətirilib. Bildirilib ki, onlardan 23-ü İnterpolun qırmızı bülleteni ilə, 18-i isə milli səviyyədə axtarışda olub.
Türkiyənin Daxili Təhlükəsizlik Qüvvələri Baş Komandanlığı 12 vilayətdə 15 mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatlar zamanı hesablarında 438 milyon lirə maliyyə hərəkəti qeydə alınan 109 şübhəlinin saxlanıldığını açıqlayıb. Qurumdan verilən məlumata görə, Türkiyə Respublika Baş Prokurorluqları və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, eləcə də Kiber Cinayətlərlə Mübarizə idarələrinin koordinasiyası ilə vilayət təhlükəsizlik qüvvələri tərəfindən 12 vilayətdə əməliyyatlar həyata keçirilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və Kəşfiyyat strukturlarının koordinasiyası ilə həyata keçirildiyini bildirib. Nazirin sözlərinə görə, saxlanılan 151 nəfərdən 82-si barəsində həbs qətimkan tədbiri seçilib, 54 nəfər barəsində isə məhkəmə nəzarəti tətbiq olunub. Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam etdirilir.
İranın İraqdakı hərbi attaşesi, general mayor Məcid Qolipur, və İraqın Milli Təhlükəsizlik müşaviri Qasim əl-Əracı sərhəd nəzarəti, qaçaqmalçılıqla mübarizə və regional təhlükəsizlik və sabitliyin təmin edilməsi mövzusunda əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər. General mayor Qolipur çərşənbə günü İraqın paytaxtı Bağdadda əl-Əracı ilə görüşüb. Bu barədə məlumat İraq Xəbər Agentliyi (INA) tərəfindən Milli Təhlükəsizlik Müşavirinin mətbuat xidməti vasitəsilə verilib.