Sudanda davam edən müharibə fonunda qadın və uşaqlara qarşı cinsi zorakılıq halları ilə bağlı yeni ağır iddialar gündəmə gəlib. Məlumata görə, Çevik Dəstək Qüvvələri (RSF) üzvləri tərəfindən törədildiyi bildirilən zorlamalar sistemli xarakter alıb və qurbanlar arasında azyaşlı körpələr də yer alır. Bildirilir ki, müharibədən qaçmağa çalışan qadınlar silahlı şəxslər tərəfindən saxlanılaraq zorakılığa məruz qalır. Gezira əyalətindən paytaxt Xartuma getmək istəyən Məryəm adlı qadın (adı dəyişdirilib) Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamada silahlı şəxslər tərəfindən avtomobildən endirildiyini və boş bir otaqda zorlandığını bildirib. Hadisədən sonra o, ailəsinin yanına qayıdıb.