Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının bizneslərini genişləndirmələrinə dəstək məqsədilə icra olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsinə başlanıb.
#Məşğulluğa Dəstək Layihəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin bu il ikinci mərhələsinə (2026 – 2029-cu illər) başlanacaq. “Məşğulluğa Dəstək Layihəsi”nin 2020-2025-ci illəri əhatə edən ilkin mərhələsində 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.